Şirkət haqqında
Şirkət haqqında
SAT Group 2014-cü ildən təlim və biznes konsaltinq sahəsində fəaliyyət göstərir. Bu müddətdə 1000-dən çox şirkət onun xidmətlərindən istifadə edib, 15 000-ə yaxın şəxs isə təlimlərdə iştirak edərək peşəkar bacarıqlarını artırıb. Komanda 70-dən çox müəssisədə yenilənmə və sistemləşmə işləri aparıb.Həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının aktiv biznes konsaltinq partnyorlarından birinə çevrilib.Fəaliyyətin əsas məqsədi biznes mühitinə iki istiqamətdə fayda verməkdir. Birincisi, təlim partnyoru kimi əməkdaşların peşəkarlığını və motivasiyasını artırmaq. İkincisi, sistemləşmə, korporativləşmə və strategiyanın hazırlanması istiqamətində dəstək göstərərək müəssisələrin güclənməsinə töhfə vermək.Bununla yanaşı, ölkədə peşəkarların sayını artırmaqla insanların rifah halının yüksəlməsində rol almağı hədəfləyir. Bu məqsədlə təlimlər daim təkmilləşdirilir.
Təsis ili
2014